Olqa Zolotuxina, “KRC EFKO-Cascade” MMC-nin satış meneceri
EFKO Şirkətlər Qrupu Rusiyanın ticari-iqtisadi həyatında əhəmiyyətli rol oynayır; yağların, qida məhsulları, soya emalı və sabun istehsalının təminatı ilə məşğul olaraq bazarda mühüm seqmentləri tutur.
Bu gün şirkətimizin stendində öz istehsalımız olan sabun məhsulları, yəni bərk camaşırxana və tualet sabunu, maye tualet sabunu, qabyuyan maddə və s. nümayiş etdirilir.
Stendimizi ziyarət edənlər üçün heyvan piyləri və sanitariya standartlarına uyğun gəlməyən heyvan piyləri əlavə edilmədən tamamilə bitki yağlarından ibarət məhsulların olduğu ekspozisiya hazırlanmışdır. İnnovativ inkişaflarla daimi işləmək və xarici həmkarlar ilə təcrübə mübadiləsi bu məhsulların keyfiyyətinə müsbət təsir göstərir. EFKO Şirkətlər Qrupu şaquli inteqrasiya olunmuş müəssisədir və belə bir biznes modeli bütün iş dövrələrinin inkişafı üçün artan şirkətin üzərinə əlavə məsuliyyət qoyur.
“MEDINEX 2022” və “Beauty Azerbaijan 2022” layihələrində iştirak etmək məhsulumuzun təqdimatını və təkcə Xəzər regionunda deyil, Azərbaycanda da yeni tərəfdaşlar axtarışını təmin edir. Sərgidə ilk növbədə, biz sənaye mütəxəssisləri, kosmetika və məişət kimyası üzrə distribüterlər, kosmetika və məişət üçün kimyəvi maddələr istehsal edən şirkətlərlə görüşməyi planlaşdırırıq.
İxtisaslaşdırılmış sərgilər şirkətin ixrac potensialının inkişafına müsbət təsir göstərir, bazarın aparıcı iştirakçıları ilə xarici işgüzar əlaqələr qurmaq üçün perspektivlər yaradır.