Aleksey Şidlov, Krasnaya Liniya-nın ixrac meneceri
“Krasnaya Liniya” şirkəti “Rus Kosmetikası” holdinqinin bir hissəsidir. Biz 25 ildən artıqdır ki, kosmetika istehsal edirik. Bizim strategiyamız adımız qədər sadədir – yüksək keyfiyyətli və maksimal sayda istehlakçını əhatə edən ucuz məhsullar. Rus Kosmetikası şirkəti bədənə qulluq seqmentində kosmetika məhsullarının on ən böyük istehsalçısından biridir. Şirkətimiz beynəlxalq keyfiyyət standartına uyğunluq baxımından öz idarəetmə sistemini uğurla sertifikatlaşdırmadan keçirib. Şirkət Lazımi istehsalat üsulları (GMP) və Beynəlxalq ehtiyat akkreditivləri üsulları (ISP) sertifikatlarına malikdir ki, bu da onun öz məhsullarını istehsal etməsinə və dünyanın hər yerində satmasına imkan verir. Bizim məhsul çeşidimizə çoxlu növdə kosmetik məhsullar daxildir:
Gigiyena üçün maye yuyucu vasitələr
Kosmetik kremlər
Saça qulluq məhsulları
Saç boyama məhsulları
Uşağa qulluq məhsulları
“Beauty Azerbaijan” sərgisində biz saçların rənglənməsini mümkün qədər təhlükəsiz, dayanıqlı və səmərəli etmək üçün çoxlu sayda tərkib maddəyə malik olan yeni saç boyalarını təqdim edirik. Ənənəvi məhsul çeşidimizdə istənilən tələbatı təmin edən 500-dən çox adda məhsul var.
Biz Bakıda fəaliyyət təcrübəsinə və tərəfdaşlara malikik. Ancaq biz öz potensialımızı inkişaf etdirməyə çalışırıq. Belə sərgilər bazarı öyrənməyə və istehlakçıları müəyyən etməyə kömək edir. Biz bu sahənin peşəkar mütəxəssisləri ilə birbaşa təmasda olmaq, adi müştərilərlə ünsiyyət qurmaq imkanına malikik. Biz hədəf auditoriyasının əhatə dairəsini genişləndirməyə, əməkdaşlıq üçün yeni tərəfdaşlar və distributorlar tapmağa hazırıq.