Lazer innovasiyalarının sehri

Lazer innovasiyalarının sehri

6 noyabr 2019 0000

Səmra Mövsümova, “Laser Solutions” şirkətinin satış üzrə direktoru

Müasir gözəllik industriyası daim inkişaf edir. Gözəllik salonları sağlam dəri, üz, dəri və saç ucun bütün yeni həll variantlarını təklif edir. Bu gün lazer texnologiyaları dərini cavanlaşdırmaq üçün unikal proseduraları həyata keçirir.

Bizim şirkət yenicə təsis edilib, şirkətin yeddi şöbəsi var və onlarda üçü bu “Gözəllik” sərgisində təmsil olunub. Lazer aparatlarının satışı və servisi ilə peşəkar səviyyədə məşğul olan şirkətimiz “Laser Studio” sistemini təşkil edərək, brendi tanıtmaq üçün Bakının insanların sıx olduğu yerlərində öz aparatlarımızı quraşdırmışıq. Şirkətin iki məqsədi var: yerli bazara daxil olmaq və əhalini müasir texnologiyaların imkanları barədə məlumatlandırmaq. Belə ki, lazer proseduraları üz və boyun, dekolte və əllərin dərisinin elastikliyinin itirilməsi, qırışlar, böyümüş məsamələr, dartılmalar və s. zamanı nümayiş olunur. Bu proseduralar dərinin cavanlaşması və regenerasiyası üçün tətbiq edilir.

Lazer texnologiyalarından istifadə reabilitasiya müddətini qısaldır. Əməliyyatdan sonra həftələrlə davam edən bərpa müddətini, eləcə də hematoma və digər ağırlaşmaları unudun. Lazerin yüksək temperaturu mümkün bakteriyaları məhv edir, cərrahi müdaxilənin təhlükəsizliyini dəfələrlə artırır. Bu gün lazer texnologiyaları blefaroplastika, liposaksiya, cərrahi müdaxilənin digər istiqamətlərində uğurla tətbiq edilir.

Ümidvarıq ki, sərgi müştəri bazasını genişləndirməyə kömək etməklə, yanaşı yeni işgüzar əlaqələrin qurulmasını təmin edəcək. Sərgi parlaq keçir və bir çox ziyarətçi stendimizə maraq göstərir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN