Səidə Tlexuqova, “NBC.AZ” şirkətinin Baş direktoru
Biz sərgidə milli gözəllik şirkətini – Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycanda kosmetologiya və gözəllik səhiyyəsi bazarının liderini təqdim edirik. Şirkətin portfelinə dünyanın 15 brendi daxildir. Şirkət kosmetoloji və tibbi aparatların, eləcə də innovativ kosmeseftikanın (kosmetik preparatların) satışını həyata keçirməklə yanaşı, hər müştəri üçün unikal həll variantı hazırlayır.
Biz bu gün stendimizdə aşağıdakı məhsulları təqdim edirik:
“Dermadrop TDA” – iynəsiz muzoterapiya və biovitalizasiya üçün aparat texnologiyası (Almaniya);
“Regenera Activa” – gələcəyin terapiyası, vaskulo-stromal kök hüceyrələrinin terapiya prosedurası (İtaliya);
“PRXT33” – toxumaların iynəsiz revitalizasiyası üçün dermal stimulyator (İtaliya), dərinin qocalmasına qarşı əfsanəvi preparat.
Biz qeyri-invaziv metodikanın köməyi ilə müştərilərimizə mükəmməl nəticələrə nail olmağı təklif edirik. Məsələn, “Dermadrop TDA” aparatından hamilə və süd verən qadınlarla iş zamanı istifadə etmək olar (prosedura 10 dəqiqədən bir qədər çox davam edir).
Biz sərgidə şirkətin nüfuzunu artırmaq, potensial tərəfdaşlar və hədəf auditoriya axtarmaq, eləcə də rəqib şirkətlər haqqında məlumat toplamaq üçün iştirak edirik.
İxtisaslaşmış sərgi yeni məhsul və nailiyyətləri tanıtmağa, eləcə də onların prioritet təşviqinə, ixtisaslaşmış şirkətlər haqqında məlumat toplamağa kömək edir. Əksər hallarda, belə tədbirdə iştirakdan sonra şirkətlər yeni təşviqat istiqamətləri haqqında qərar qəbul edir, sərfəli müştəri auditoriyasını müəyyənləşdirirlər.