Kosmetologiya sahəsindəki yeniliklərə maraq

Kosmetologiya sahəsindəki yeniliklərə maraq

7 noyabr 2019 0000

Həcər Cəfərova, “Medline” estetik mərkəzin direktoru

Builki “Beauty Azerbaijan” (“Gözəllik”) sərgisinin dolğunluğunu və cəlbediciliyini qeyd etmək istərdim. Mən bu sərginin keçirilməsini səhiyyə və kosmetologiyanın inkişafı üçün vacib hesab edirəm. Təşkilatçılar bir çox faydalı məlumatın əldə edilməsi üçün yaxşı imkan yaradıblar. Sərgidə daha çox sayda şirkət təmsil olunur. Məni daha çox “Damumed” informasiya mərkəzinin stendi cəlb etdi. Həmçinin bitki əsaslı müxtəlif çay növlərinin təqdim edildiyi “Nargiz Med” şirkətinin stendini bəyəndim.

Mən bu gün əsasən kosmetologiya sahəsinin yenilikləri ilə tanış olmaq məqsədi ilə sərgiyə gəlmişəm. Məncə, naturopatiya həm səhiyyədə, həm də gözəllikdə vacib rol oynayır. Gələcəkdə “Beauty Azerbaijan” sərgisində ən son dərman və inyeksiya preparatlarını, eləcə də vitamin və qida əlavələrini təklif edən daha çox sayda brend görmək istərdim. Bu ənənəvi sərgi layihəsi regionumuzda özünə distribyutor tapan xeyli xarici brendi cəlb etməlidir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN