Daimi tələbata malik olan keyfiyyətli təbii məhsul

Daimi tələbata malik olan keyfiyyətli təbii məhsul

4 noyabr 2022 0000

Yelena Pleskova, Guppi MMC-nin baş direktoru

Biz Yaponiyadan Rusiyaya Ruken kollageninin eksklüziv idxalçısıyıq. Artıq 8 ildir ki, biz bu şirkətin məhsullarını bazarda uğurla satırıq. Kollagenimiz bütün müştərilər tərəfindən istənilən və sevilən çox keyfiyyətli və təbii məhsuldur. Bizim stomatoloji və osteopatik klinikalardan müştərilərimiz var. Diyetoloqlar, ginekoloqlar məhsulumuzu daha tez-tez sifariş etməyə başlayıblar.

Əvvəllər biz yalnız iki növ kollagen satırdıq, indi isə yeni bir məhsul – “Qaranquş yuvası” eliksiri əlavə etdik və biz daha bir məhsulu – həzmi tənzimləyən və bağırsaqları sağlamlaşdıran “İnzimləri” öz çeşidimizə əlavə etməyi planlaşdırırıq.

Biz mütəmadi olaraq sərgilərdə öz məhsullarımızı təqdim edirik, lakin ilk dəfədir ki, Azərbaycana gəlirik. Məqsədimiz məhsullarımız üçün distributor tapmaqdır. Əminik ki, burada məhsullarımıza böyük maraq var. Hesab edirəm ki, “Beauty Azerbaijan” kimi sərgilər bir çox şirkətlər üçün vacib və faydalıdır. Ətrafda yeni məhsullar haqqında hərtərəfli peşəkar məlumat əldə etməyə çalışan bir çox mütəxəssis var. Ona görə də biz ziyarətçiləri stenddəki eksponatlarımız haqqında ətraflı şəkildə məlumatlandırırıq.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN