Bu cür sərgilər mütəmadi olaraq keçirilməlidir.

Bu cür sərgilər mütəmadi olaraq keçirilməlidir.

4 noyabr 2022 0000

Svetlana Xaşayeva, kosmetoloq

Mən iyirmi ildən artıqdır ki, kosmetologiya sahəsində çalışıram. “Beauty Azerbaijan” sərgisinə gözəllik və bədənə qulluq sahəsindəki yeni məhsulları görmək ümidi ilə gəlmişəm. Mən burada yerləşən şirkətlərin əksəriyyəti ilə artıq əməkdaşlıq edirəm, lakin bu gün tərəfdaş  şirkətlərin yeni dərmanları ilə tanış olmaq imkanı qazandım.

Ümumiyyətlə, mən bütün sərgi ilə maraqlandım. İnternetdə elanı gördüm və öz ixtisas hazırlığımı sınamaq üçün bu tədbirdə iştirak etmək qərarına gəldim - bu, peşəkarlıq baxımından vacibdir. Mən tibb sahəsinə aid olan sərgidən yan keçə bilmədim. Mən həm də bu sahədə yeni texnologiyalardan xəbərdar olmaq istərdim. Sərgi çox yaxşı təşkil olunub, lakin açıq danışsaq, təmsil olunan şirkətlərin və brendlərin sayı kifayət qədər deyil. Mən burada daha çox sayda xarici və yerli şirkəti görmək istərdim.

Belə sərgilər tez-tez keçirilməlidir ki, bu sahələr üzrə mütəxəssislər ən son yenilikləri izləyə bilsinlər və mümkün tərəfdaşlarla birbaşa təmasda olmaq imkanı qazansınlar.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN