Gennadiy Mudrats, “Group Laboratories” (Rusiya Federasiyası) şirkətinin Baş direktoru
Ən yüksək keyfiyyətli məhsullara zəmanət verən “GL” brendi Rusiya bazarında yaxşı tanınır. Biz özəl fabrikimiz və iki laboratoriyamızda təxminən iyirmi ildir ki, peşəkar kosmetik məhsullar istehsal edirik. Hal-hazırda, şirkətimiz Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Türkiyə və İranda yüz yetmiş şirkətə məhsul təchiz edir. Həmçinin alim və professorlar bizim ilə əməkdaşlıq edirlər və bu da məhsulumuzun son dərəcə ciddi məhsul olduğunu göstərir! İndi isə biz ilk dəfədir ki, Azərbaycana gəlmişik və konkret məqsədimiz var - bazarın genişlənməsi üçün tərəfdaş tapmaq.
Məhsulumuz hüceyrələrin regenerasiyasını stimullaşdırır, üzü mənfi ekoloji amillərin təsirindən qoruyur, dərini vitaminlərlə nəmləndirərək qidalandırır, iltihabı və dəri soyulmasını aradan qaldırır, üz nahiyəsinin konturlarını korrektə edir və dərinin həm möhkəmliyini, həm də elastikliyini artırır. Məhsulumuz istənilən dəri tipinə uyğundur.
Bu “Gözəllik” sərgisində gözəllik sənayesi üçün misilsiz təklifləri olan yeganə şirkət bizik - məsələn, biz burada alqinat maskalar nümayiş etdiririk. Bu hazır məhsul şirkətlərə müqavilə əsasında çatdırılır (qablaşdırma ya müəssisəmizdə, ya da müştərinin obyektində həyata keçirilir).
Biz İngiltərə, Fransa, Almaniya və Monakoda ixtisaslaşmış laboratoriyalar ilə sıx əməkdaşlıq edirik və bu əməkdaşlıq uğurlu qabaqcıl gözəllik məhsullarının hazırlanmasına təminat verir.