Ziyarət qaydaları

  • 2-4 noyabr tarixlərində sərgi sənaye mütəxəssisləri və əlaqəli sahələrdə çalışan insanlar üçün açıqdır.
  • Sərginin mövzusu ilə bağlı fakültələrin tələbələri noyabrın 4-də girişdə tələbə biletini təqdim etməklə sərgini ziyarət edə biləcəklər. Digər fakültələrin tələbələri sərgiyə buraxılmayacaq.
  • 16 yaşdan kiçik uşaqların bütün günlər ərzində sərgiyə gəlməsinə icazə verilmir.
 

Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz.


Saytda onlayn qeydiyyatdan keçməklə, siz sərgiyə daxil olarkən vaxtınıza qənaət etmiş olacaqsınız. Formanı doldurduqdan sonra sizin elektron poçt ünvanınıza onlayn bilet göndəriləcək. Onu qeydiyyat masasında təqdim edərək döş nişanınızı (beyc), eləcə də bütün tədbir materiallarını ala biləcəksiniz.

Ziyarətçinin döş nişanı (beyc) aşağıdakı imkanları təqdim edir:

  • Tədbiri bütün iş günlərində pulsuz ziyarət etmək;
  •  Sərginin 2-ci və 3-cü günləri təkrar qeydiyyatdan keçmədən tədbirə daxil olmaq;
  •  Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Tədbirin işgüzar proqramında iştirak etmək (iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac olmayan seminarlar, konfranslar, təqdimat mərasimləri).

Dəvətnaməni əldə edin

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN