Tibb, gözəllik və bədənə qulluq sahəsindəki yeniliklərə böyük maraq

Tibb, gözəllik və bədənə qulluq sahəsindəki yeniliklərə böyük maraq

5 noyabr 2022 0000

Esmira Qəribova, uşaq poliklinikasının dermatoloqu

Mən nevropatoloqam və əsasən birbaşa öz işimə aid olan dərmanlar və məhsullarla maraqlanıram. Həmkarlarımı və məni ilk növbədə tibb, gözəllik və bədənə qulluq sahəsindəki yeniliklər cəlb edir. Bugünkü sərgi sayəsində biz sərginin gözəllik və bədənə qulluq zonası ilə uğurlu şəkildə tanış olduq.

Yunanıstanın “Aphrodite” şirkəti mənim diqqətimi cəlb etdi. Mən onun mütəxəssisləri ilə məsləhətləşdim və hətta onların təqdim etdikləri məhsulları satın aldım.

Biz bu sərgiyə dəvət əsasında gəldik. Sərginin təşkilini ayrıca qeyd etmək istərdim. Bu tədbirin böyük üstünlüyü ondan ibarətdir ki, o, bütün ekspozisiyaların əyani şəkildə öyrənilməsini təmin edir, sizin məhsullar və işgüzar təkliflər ilə ətraflı şəkildə tanış olmağınıza, habelə yerli və xarici şirkətlərin nümayəndələri ilə ünsiyyət qurmağınıza imkan yaradır. Bununla belə, mən istərdim ki, gələcəkdə iştirakçı şirkətlərin sayı artsın. Biz xarici şirkətlərin ekspozisiyalarının çeşidinin daha da genişlənməsini istəyirik.

Mən hesab edirəm ki, bu cür tədbirlər mütəmadi olaraq keçirilməlidir. Şəxsən mənim üçün bir həkim kimi hər hansı yeni məhsulu görmək və öyrənmək həmişə maraqlı olur.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN