Test üçün bir neçə eksponat götürdük…

Test üçün bir neçə eksponat götürdük…

3 noyabr 2023 0000

Valentina Vəliyeva, "Lab 151" şirkətinin təsisçisi

- Mən Azərbaycanda üzvi kosmetika mağazaları şəbəkəsini təmsil edirəm. Yeni qarşılıqlı faydalı tərəfdaşlar tapmaq məqsədilə "Beauty Azerbaijan" sərgisinə gəlmişik. Həmişə zamanla ayaqlaşırıq və intellektual inkişafın faydalarını başa düşürük. Mağazalar şəbəkəsindən əlavə öz gözəllik salonlarımızın olduğunu nəzərə alsaq, Yaroslavl vilayətinin kosmetika, parfümeriya və dırnaq məhsullarının maraqlı brendlərini təqdim edən şirkətlərinin stendləri diqqətimizi çəkdi. Bu məhsulların vacib xüsusiyyəti onların üzvi tərkibinin olması idi, çünki şirkətimiz "üzvi və vegan" fəlsəfəsi daşıyır. Test üçün bir neçə məhsul nümunəsi götürdük. Testlər yaxşı nəticələr göstərsə, biz müqavilə bağlamağa hazırıq. Bütün brendlərlə müstəsna nümayəndəlik əsasında işləyirik. Sərgidə təmsil olunan şirkətlərin brendləri bizə uyğun gələrsə, nümayəndəlik almağa hazırıq.

Qeyd edim ki, Azərbaycana gətirdiyimiz bütün brendlərlə əvvəlcə sərgilərdə qarşışırıq. Bu çox rahatdır, çünki malı vizual olaraq görə, məhsulları sınaya, istehsalçılarla birbaşa əlaqə yarada bilərsiniz. İstərdim ki, "Beauty Azerbaijan" sərgisi inkişaf etsin və orada daha çox eksklüziv məhsullar təqdim olunsun.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN