Hiroyuki Kanno, Yotsuba şirkətinin (Təmsilçi tərəfdaş), təsisçisi, “Beauty Azerbaijan”
Şirkətimiz “Yotsuba Japan” kosmetik məhsullar, bioəlavələr - daxili və xarici gözəllik üçün hər şeyi təqdim edir. Əvvəlcə “Yotsuba Japan” brendi şəxsi biznes idi, 2015-ci ildə şirkətin təməli qoyuldu, bundan sonra kütləvi istehsala başlanıldı.
“Yotsuba Japan” Yaponiyanın Osaka şəhərində yerləşən və qida əlavələri və dəriyə qulluq məhsulları istehsal edən GMP sertifikarına malik aparıcı şirkətdir. Şirkət öz məhsullarını köklü yapon ənənələrindən təsirlənən müasir texnologiyalar tətbiq etməklə istehsal edir. Biz məhsullarımızın təhlükəsizliyini və yüksək keyfiyyəti barədə təminat vermək üçün yapon alimlərinin hərtərəfli araşdırmaları, klinik sınaqlar və ciddi keyfiyyətə nəzarət daxil olmaqla yüksək keyfiyyətli məhsul istehsalı həllərini təqdim edirik.
Sərgidə üzün, saçın, ürəyin, qaraciyərin dərisinin gözəlliyi üçün həb şəklində olan qida əlavələrini, kapsulları, yəni orqanizm üçün tam kompleksi təqdim etdik. Şirkətimiz Azərbaycanda keçirilən sərgidə ilk dəfədir iştirak edir. İstehlakçı auditoriyamızı hesablamaq və təhlil etmək üçün burada gözəllik məhsulları bazarını öyrənməyi qarşımıza məqsəd qoymuşuq.