Mən gözəllik, bədənə qulluq və tibb sahəsində yeni tendensiyalarla maraqlanıram

Mən gözəllik, bədənə qulluq və tibb sahəsində yeni tendensiyalarla maraqlanıram

4 noyabr 2022 0000

Samirə Əliyeva, üz-çənə cərrahı

Mən Tibb Universitetində dərs deyirəm. Bundan əlavə, mən inyeksiya kosmetologiyası ilə məşğul oluram. Mən və həmkarım bu sərgiyə dəvət olunmuşduq. Uzun müddətdir ki, buraya gəlməməyimizə baxmayaraq, biz artıq gözəllik və bədənə qulluq sənayesinin məhsulları ilə tanış ola bilmişik. Mən xüsusilə gözəllik, bədənə qulluq və tibb sahəsindəki yeni tendensiyalar ilə maraqlanıram. Biz dəriyə qulluq üçün kosmetika nümunələrinin nümayiş olunduğu stendlərə baş çəkdik. Onların tərkibi məni həddindən çox maraqlandırırdı. Mən öz xəstələrimə hər hansı məhsulu tövsiyə etməzdən əvvəl, onu ilk növbədə öz üzərimdə sınaqdan keçirirəm, dərimin reaksiyasına diqqət yetirirəm. Ona görə də mən əvvəlcə şəxsi istifadə üçün məhsul satın almağa qərar verdim, həmin məhsul mənim ümidlərimi doğrultduğu təqdirdə, mən onu gələcək peşə fəaliyyətimdə istifadə edəcəyəm.

Bu cür sərgilər çox vacibdir. Biz, bir mütəxəssis olaraq, eyni vaxtda bir çox şirkət və onların məhsulları ilə tanış ola bilərik.

Mən gələcəkdə daha geniş əməkdaşlıq üçün brendləri və şirkətləri bu qəbildən olan sərgilərdə axtarıb tapmağı planlaşdırıram. Mən də istərdim ki, öz məhsullarını təqdim edən şirkətlərin sayı ildən-ilə artsın.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN