Gözəllik sənayesinin brend məhsullar bazarını araşdırırıq

Gözəllik sənayesinin brend məhsullar bazarını araşdırırıq

3 noyabr 2023 0000

Olqa Mustafayeva. "Moon Full Gel Polish" şirkətinin Azərbaycandakı nümayəndəsi

"Beauty Azerbaijan" sərgisinə Naxçıvan Respublikasından gəlmişəm. Hazırda Naxçıvanda brend mağazası açırıq. Və bu sərgiyə gəlişim gözəllik sənayesinin brend məhsullar bazarını öyrənmək istəyi ilə bağlıdır. Sərgidə təqdim olunan ekspozisiyalardan ən çox diqqətimi Rusiyanın "Termish" şirkətinin işləri cəlb etdi. Parlaq rəngli dırnaq məhsulları, ustaların işi üçün rahat gel-lak qablaşdırmaları, Svarovski daşları üslubunda müxtəlif strazlar, parafinlər və antibakterial antioksidantlar. Sonuncunun tərkibində olan pantenol istifadə edildikdə müsbət təsirini göstərir. İndi bütün məhsulları sınaqdan keçirəcəyik və istehsalçılarla gələcək əməkdaşlıq əlaqələri quracağıq.

Sərgi həmişə irəliyə doğru hərəkət, inkişaf və irəliləyişdir. Ən başlıcası, "Beauty Azerbaijan" sərgisi mənə müxtəlif şirkətlərin məhsullarına canlı toxunmaq imkanı verdi. Bizim sahəmiz belədir ki, reklamlara etibar etmək hər zaman doğru deyil. Gözəllik sənayesinin istənilən məhsulunu "əl ilə yoxlamaq", öz üzərinizdə sınaqdan keçirmək lazımdır. Ona görə də biz peşəkarlara bu sərgi daha da böyük həcmdə, daha çox iştirakçı ilə lazımdır.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN