Cənubi Qafqazda ən böyük ətriyyat və kosmetika istehsalçısı

Cənubi Qafqazda ən böyük ətriyyat və kosmetika istehsalçısı

3 noyabr 2022 0000

Yuriy Kompanets, “Gazelli Group”-un layihə koordinatoru

“Gazelli Group” Azərbaycanda  ətriyyat və kosmetika məhsullarının ilk istehsalçısı, həmçinin bütün Cənubi Qafqazda ən böyük şirkətdir. O, 1999-cu ildə doktor Zərifə Həmzəyeva tərəfindən təsis edilib. Şirkətin məhsullar portfelinə həm seçmə ətirlər, həm də üz və bədənə qulluq üçün kosmetik vasitələr, eləcə də gözəllik salonlarının kosmetoloqları üçün peşəkar kosmetika məhsulları silsiləsi də daxil olmaqla, 20-dən çox brend daxildir.

Şirkətimiz müasir standartlar əsasında sertifikatlaşdırılıb, burada təkcə istehsal şöbəsi deyil, həm də Azərbaycanın təbii sərvətləri olan palçıq vulkanları, mineral duzlar hesabına çoxsaylı patentlərə malik olan elmi-tədqiqat və işləmə-hazırlama şöbəsi fəaliyyət göstərir.

Bizim, həmçinin, xammal bazamız var, ona görə də  məhsullarımız üçün bir çox tərkib maddə istixanalarımızda yetişdirilən bitkilərdən əldə edilir. Biz nadir kosmetik məhsullar, istehsal edirik, məsələn, biz Naftalan yağının ekstraktı əsasında “Gazelli Skin Care” markalı kosmetik məhsulların bütöv bir silsiləsini yaratmışıq. Fransada bu silsiləyə daxil olan məhsullar üzərində tədqiqatlar aparılıb və əla nəticələr əldə edilib. Şirkətimiz Avropanın bir çox bazarına çıxış imkanına malikdir və genişlənməyə davam edir.

 
Sərgidə biz “Buta” milli brendinin və “Aroma collection” brendinin məhsullarını təqdim edirik. Biz həmçinin  uşaqlar və kişilər üçün “Dastan” markalı məhsul kolleksiyalarını, “Şokolad və vanil” markalı məhsullar silsiləsini, “Pilot 65” markalı zərif ətir məhsulunu da işləyib hazırlamışıq. Hazırda bazarda təqdim etdiyimiz məhsullar silsiləsi “Gazelli Expert”– 127 adlanır və o, üz və bədənə qulluq məhsullarından ibarətdir. Biz təkcə yeni məhsulları istehlakçılara təqdim etməyə çalışmırıq, biz həm də tərəfdaş dairəmizi genişləndirmək istəyirik.

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN