Azərbaycanla əməkdaşlığı daim genişləndirmək vacibdir

Azərbaycanla əməkdaşlığı daim genişləndirmək vacibdir

4 noyabr 2023 0000

Yuri Kral, "Albertina" şirkətinin (Çexiya) satış meneceri

Mən Çexiyanın "Albertina" şirkətini təmsil edirəm. Biz maye doldurma, qablaşdırma və bağlama üçün sənaye təyinatlı qablaşdırma maşınları, etiketləmə maşınları və kosmetik məhsullar üçün tam qablaşdırma xətlərinin istehsalçılarıyıq. Avadanlıqlarımızın Rusiya, Belarus, Ukrayna, ABŞ və bir çox başqa ölkələrdə satışını həyata keçiririk.

Sərgiyə gəlməyimizin məqsədi avadanlıqlarımızı təklif edə biləcəyimiz potensial müştərilərlə tanış olmaqdır. Biz Azərbaycanla bir neçə başqa sahədə – motor yağlarının qablaşdırılması sahəsində əməkdaşlıq etmişik. Bizim avadanlıqlarımız "Gazelli" şirkətində də var. İndi gözəllik və sağlamlıq sənayesindəki tərəfdaşların sayını genişləndirmək istəyirik. "Beauty Azerbaijan" sərgisində müxtəlif yuyucu vasitələr istehsal etməyə başlayan "Azərsun" şirkəti ilə görüşdüm. Artıq əməkdaşlıq etdiyimiz "Belfarmprom" şirkəti də burada iştirak edir.

Sərgiyə gəlməzdən əvvəl Azərbaycan bazarını araşdırdım, gözəllik sənayesi ilə yaxından tanış oldum. Bilirəm ki, ölkədə kosmetik vasitələrin istehsalı ilə məşğul olan bir çox şirkət var. Təəssüf ki, onların çoxu sərgidə iştirak etmir.

Düşünürəm ki, sərgilərin keçirilməsi zəruridir. Koronovirus pandemiyası bu cür tədbirlərin olmamasının biznesə nə qədər təsir etdiyini göstərdi. Sərgilər, ilk növbədə, çoxvektorlu peşəkar ünsiyyəti təmin edir, burada vahid məkanda oxşar məhsullar istehsal edən müxtəlif firmalarla tanış olmaq və ya onlara xidmətlərimizi təklif etmək imkanı əldə edirik. Şirkətimiz tez-tez bu cür tədbirlərdə iştirak edir. Gələn il sərgiyə iştirakçı kimi qatılmağı və öz stendimizi Azərbaycanda təqdim etməyi planlaşdırırıq.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN