Qızxanım İsmayılova, "AZERSUN HOLDİNG" MMC-nin brend meneceri
“Azərsun Holding”, qida sektoru ilə yanaşı eyni zamanda qeyri-qida sektorunun inkişafı üçün də müvafiq addımlar atmaqdadır. "Təmizləyici vasitələr zavodu" 1 aprel 2022-ci il tarixində istifadəyə verilib. Fabriklərimizdə və zavodlarımızda istehsal olunan yüksək keyfiyyətli məhsulların istehlakçılar tərəfindən tanınması şirkətin qeyri-ərzaq sektorunda uğurunun göstəricisidir.
Bu gün sərgidə "Crystalex", "Pure Sense", "Oxywhite", "Wipelex", "Praxi" kimi müxtəlif markalı yuyucu və təmizləyici vasitələr nümayiş olunur.
"Pure Sense" şəxsi gigiyena markasıdır. Təbii tərkibə malikdir və xüsusi ətirlərlə zəngindir, tərkibində ftalat, paraben və SLS kimi zərərli maddələr yoxdur. Markanın ən vacib və fərqli xüsusiyyəti tərkibində provitamin B5-in olmasıdır. "Crystalex” qabyuyan mayəsi xüsusi oksi karbon texnologiyası ilə istehsal edilir. Bu məhsullar tərkibi ilə 8 təhsir gücünə malikdir. Ən vacib xüsusiyyətləri isə yağları dərindən təmizləyir, əlləri qurutmur və çay ləkələrini aparır. "Praxi" markası təmizlikdə lazım olan bütün məhsulları birləşdirərək maksimum təmizliyi təmin edir.
Bütün istehsalımızın əsas şərti insan sağlamlığına qayğıdır. Ümid edirik ki, "Beauty Azerbaijan" sərgisində ekspozisiyamız ziyarətçilərin diqqətini cəlb edəcək, onlar tərəfindən bəyəniləcək və perspektivdə maraqlı olacaq. İnanırıq ki, bu sərgi bizi təmizlik kateqoriyasında daha böyük uğurlara aparacaq.