Möhtəşəm üz kremi!

Möhtəşəm üz kremi!

2 noyabr 2023 0000

Regina Valeyeva, "MİXSOON" şirkətinin beynəlxalq satış meneceri

Mixsoon, minimalizm prinsipinə əsaslanan Koreya kosmetika markasıdır. Biz dərinin ehtiyac duymadığı kimyəvi qatqılardan və maddələrdən uzağıq. Bunun əvəzinə markamız dərinin sağlamlığını təmin edən əsas aktiv inqrediyentlərə diqqət yetirir.

Ciddi istehsal prosesinə sadiq qalaraq xammalın ən yaxşı keyfiyyətini qorumaq üçün xüsusi ekstraksiya metodundan istifadə edirik. "Mixsoon" şirkətinin əsas məhsulları - soya ekstraktı cövhəri və sentella əsaslı günəşdən qoruyucu krem strukturuna görə yüngül və yumşaq olmaqla dəridə ağ iz buraxmadan ultrabənövşəyi şüalardan effektiv şəkildə qoruyur. Sentella dəridəki qıcıqlanmanı aradan qaldırmağa kömək edir. Jeju adasında sentella yetişdirilən sahəmiz var. Xüsusilə qeyd etmək istərdim ki, biz gəlirlərin bir hissəsini daim ekoloji kampaniyalara bağışlayırıq. Bundan əlavə, bu gün "Beauty Azerbaijan" sərgisində qırışlara və sızanaqlara qarşı soya çubuqları, soya tərkibli hidrofil yağ və yeni göz kremini təqdim edirik.

Artıq müxtəlif şirkətlərin təchizatçıları ilə tanış olmuşuq. Qonaqların çoxu məhsullarımızla maraqlandılar. Ümumiyyətlə, hesab edirəm ki, bu cür sərgilər olduqca faydalıdır. Yeni alıcılar və biznes tərəfdaşları ilə tanış olmaq imkanını təmin edən ixtisaslaşdırılmış tədbirlərdə iştirak etmək çox vacibdir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN