Alina Tarasova, "JEANMISHEL"in meneceri
JEANMISHEL iyirmi illik təcrübəyə malik olan Rusiya dekorativ kosmetika və dırnaq məhsulları brendidir. Brendimiz Belarus, Qazaxıstan, Qırğızıstan kimi ölkələr üçün kosmetika məhsullarının istehsalçısıdır.
Başlanğıcda şirkətimiz lakların istehsalı ilə məşğul olurdu. Rəngli laklar və dırnaq üçün vasitələrin tərkibində dırnaq lövhəsinə qulluq edən, onu bərpa edən, qidalandıran aktiv komponentlər var. Məhsul çeşidinə həmçinin dodaq parıldadıcıları, göz və qaşlar üçün tuşlar, sürmələr daxildir ki, bu da xanımlara həm təbii gündəlik, həm də möhtəşəm axşam görünüşü yaratmağa imkan verir. Brendimizin məhsulları qadınların fərdiliyini vurğulamağa imkan yaradır. "JEANMISHEL"in əsas üstünlükləri qiymət və keyfiyyətin optimal nisbəti, yəni münasib qiymətə yüksək keyfiyyətdir. Buna görə də "LETUAL", "ZOLOTOE YABLOKO" kimi mağazalarda satış üzrə birinci yeri tuturuq.
Lak çeşidlərimizi genişləndirməyə və dəbdə olan rəngləri əlavə etməyə çalışırıq. "Beauty Azerbaijan" sərgisində yeni məhsullar təqdim olunur: neon, donuq və nyud çalarlar çox populyardır.
“JEANMISHEL” kosmetikasının Bakıya tədarük edilməsi üçün sərgidə öz brendimizi Azərbaycan bazarına təqdim etməyi və digər ölkələrlə tərəfdaşlıq əlaqələri bağlamağı qarşımıza vəzifə qoymuşuq. Bundan əlavə, daha yaxşı keyfiyyət axtarışında olaraq həmişə düzgün xammal tədarükçüləri ilə maraqlanırıq.