Yekaterina Kuznetsova, "TERMISH" şirkətinin təsisçisi və direktoru
"TERMISH" aeroqrafiya və manikür üçün peşəkar materialları hazırlayan və istehsal edən şirkətdir. 18 tərəfdaş ölkə öz nüfuzunu bizə etibar edir. Şirkətimiz gözəllik sənayesi bazarının aeroqrafiya bölməsində inamla lider mövqe tutur. Beş ildir ki, ən populyar və tələb olunan kursları hazırlayır və tədris edirik, proqramlarımızı mütəmadi olaraq yeniləyirik, kurslarda dırnaq ustası peşəsinin bütün sirlərini məmnuniyyətlə paylaşır və ötürürük.
2019-cu ildə "TERMISH" şirkəti gözəllik bazarına peşəkarlar üçün xüsusi gel sistemi xəttini buraxdı: poliqellər, gel-laklar, bazalar, üst cilalar, həmçinin manikür ustasının işində lazım olan mayelər.
Bütün məhsullar "TERMISH" şirkətinin rus mütəxəssislərinin ciddi nəzarəti altında istehsal olunur və texniki nəzarət şöbəsində satışqabağı hazırlıqdan keçir. "TERMISH" şirkətinin sertifikatlı məhsullarını rəsmi nümayəndələrdən satın alaraq, onların keyfiyyətinə və həqiqiliyinə əmin ola bilərsiniz.
"Beauty Azerbaijan" sərgisindən gözləntilər Bakıda tərəfdaşların axtarışı ilə bağlıdır. Məhsullarımız premium seqmentdə olduğundan dırnaq xidməti ustalarının sahəsini genişləndirməyə çalışırıq. Bundan əlavə, qadınlara şirkətimizin keyfiyyətli məhsullarını təqdim etmək istəyirik. Məqsədimiz sərgidə ortaqlar tapmaq, müqavilə bağlamaq və gələcəkdə Azərbaycanda səmərəli əməkdaşlıq etməkdir.