"Medinex" və "Beauty Azerbaijan" sərgiləri 6-7 noyabr tarixlərində JW Marriott Absheron Baku otelində keçiriləcək

"Medinex" və "Beauty Azerbaijan" sərgiləri 6-7 noyabr tarixlərində JW Marriott Absheron Baku otelində keçiriləcək

5 noyabr 2019 0000

6-7 noyabr tarixlərində “JW Marriott Absheron Baku” mehmanxanasında səhiyyə sahəsinin peşəkarlarını bir araya gətirən Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex” baş tutacaq. Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribyutorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədi ilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirirlər.  

Sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib. Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribyutor və istehsalçılar tərəfindən təmsil olunub. Belarus Respublikası “Medinex”  sərgisində 8 aparıcı tibb müəssisəsini ehtiva edən milli pavilyon ilə iştirak edir.

“Medinex”  sərgisinin istiqamətləri:

  • IT-Med - tibbdə informasiya texnologiyaları
  • Pharm-Med - dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr
  • Lab-Med - laboratoriya texnologiyaları və avadanlıqlar
  • Tech-Med - tibbi texnika və avadanlıq
  • Stom-Med - stomatologiya
  • Optika və oftalmologiya
  • Tour-Med - tibbi turizm
  • Edu-Med – diyetologiya və tibbi təhsil

“Medinex” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir.

İnnovativ səhiyyə texnologiyaları keyfiyyətli tibbi xidmətin təminatıdır. Məhz buna görə də müalicə müəssisələrinin təchizat səviyyəsini yüksəltmək məqsədi ilə ən son məhsulların təqdimatı üçün təşkilatçılar tərəfindən “İnnovasiyalar zonası” təşkil edilib. “İnnovasiyalar zonası” artıq bu gündən səhiyyənin gələcəyinə nəzər salmaq üçün unikal imkandır.

Öz dinamikliyi ilə seçilən “Təqdimatlar zonası” bir sıra tədbirləri ehtiva edir. Belə ki, 6 noyabr tarixində xüsusi dəvət edilmiş xarici mütəxəssislərin iştirakı ilə "Klinikaların effektiv idarəedilməsi" adlı sessiya keçiriləcək. Bu sessiya çərçivəsində “DeutschMedic GmbH” şirkətinin təsisçisi və direktoru Anna Veqen və “DAMU İnformasiya Texnologiyaları Mərkəzi” MMT-nin idarə heyətinin sədri Talqat Elemanov kimi xarici ekspertlər tibbi klinikaların sahibləri və rəhbərlərinə səhiyyə müəssisələrini və səhiyyə şəbəkələrini effektiv idarəetmə metodları barədə məlumat verəcəklər.

7 noyabr tarixində isə xaricdə yaşayan və işləyən Azərbaycanlı həkimlər xüsusi “Bizimkilər” sessiyasının məruzəçiləri qismində çıxış edəcəklər. Bu sessiya çərçivəsində Niger Respublikasında könüllü iş təcrübəsinə malik olan, həkim-oftalmoloq Mehriban Əlizadə və “Siegerland Diakonie” klinikasının kardioloqu Firudin Qurbanov öz uğurlarını gənc mütəxəssislər, internlər və tibb universitetlərinin tələbələri ilə bölüşəcək və canlı ünsiyyət formatında sualları cavablandırmaqla yanaşı, həll variantlarını tapmağa köməklik edəcəklər.

6 noyabr tarixində sərgi iştirakçıları və xüsusi dəvət edilmiş bayerlər (alıcılar) arasında eksponentlərin müraciətləri əsasında təşkil olunmuş birbaşa “B2B” formatlı görüşlər keçiriləcək. İşgüzar görüşlərin unikal formatı istehsalçılara öz məhsullarını birbaşa potensial alıcı və tərəfdaşlara təqdim etmək, eləcə də birgə layihələri, o cümlədən mümkün əməkdaşlığın şərtlərini müzakirə etmək imkanı verir.

Sərgi iştirakçıları 2 gün ərzində “Təqdimatlar zonası”nda öz eksklüziv məhsulları və ən yaxşı servisləri ilə çıxış edəcəklər.

Beauty_AzerbaijanAzərbaycan Beynəlxalq Gözəllik İndustriyası Sərgisi 

“Medinex” sərgisi ilə eyni platformada Azərbaycanda gözəllik sənayesinin yeganə tədbiri - Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgisi keçiriləcək. Sərgi çərçivəsində yerli və xarici iştirakçılar estetik tibb, uşaq kosmetikası, bədənə qulluq etmək üçün məhsullar, kosmetika, dişlərə qulluq, saçlara qulluq etmək üçün məhsullar, gigiyena və sağlamlıq, dırnaq salonları üçün avadanlıq və məhsullar, ətriyyat, peşəkar gözəllik salonları üçün avadanlıq və s. kimi sektorları təqdim edəcəklər.

Təşkilatçılar ümid edirlər ki, “Medinex” və “Beauty Azerbaijan” sərgiləri səhiyyə sektorunda fəaliyyət göstərən müəssisə rəhbərlərinin, eləcə də həkimlərin, səhiyyə və gözəllik sənayesi sahələrində işgüzar çevrə nümayəndələrinin iş qrafikinə daxil olacaq, çünki sərgiləri ziyarət etmək sənayenin ən son yenilikləri ilə tanış olmağa, işgüzar münasibətlər quraraq bu münasibətləri möhkəmləndirməyə və ümumiyyətlə, sektorun inkişaf vektorlarını müəyyənləşdirməyə və vaxta əhəmiyyətli dərəcədə qənaət edərək bir sıra görüşlər keçirməyə imkan verir.

“Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgilər həmçinin Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində Caspian Event Organisers (CEO) şirkəti çıxış edir. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi yer alırlar.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN