6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da Qafqaz regionunda gözəllik sənayesinə həsr olunmuş ən irimiqyaslı, Azərbaycanda isə yeganə tədbir olan Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası Sərgisi “Beauty Azerbaijan” keçiriləcək. Sərgidə kosmetoloji avadanlıqlar, dekorativ kosmetika və bir sıra digər sektorlar təqdim olunacaq. Həmçinin “Beauty Azerbaijan” sərgisi çərçivəsində “Master Class Area” (Ustad dərsi zonası) fəaliyyət göstərəcək – bu zona, yenilikləri hədəf auditoriyaya təqdim etmək üçün ideal platforma olmaqla yanaşı, unikal bacarıqlarınızı paylaşmaq, yeni məhsul və ya xidməti maraqlanan auditoriyaya təqdim etmək üçün əlverişli məkandır.
Beləliklə, “Beauty Azerbaijan” sərgisi sahə mütəxəssislərini bir araya gətirən və biznes əlaqələrinin qenişləndirilməsi, habelə satış cooğrafiyasını artırmaq üçün əla fürsətdir.
Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir.
“Beauty Azerbaijan” sərgisində iştirak etmək istəyən təşkilatlar daha ətraflı məlumat üçün təşkilatçılara müraciət edə bilər.