Xəbərlər

Beauty Azerbaijan - Biz Azərbaycan və Əlcəzair şirkətləri ilə mühüm əlaqələr qurduq

Biz Azərbaycan və Əlcəzair şirkətləri ilə mühüm əlaqələr qurduq

05.11.2022

Xəbərlər

Yekaterina Mukamayeva, “Sar-Medikal” şirkətinin Xarici İqtisadi Fəaliyyət Departamentinin rəhbəri

Mən Rusiyanın tibbi avadanlıqların təchizatı ilə məşğul olan “Sar-Medical” şirkətini təmsil edirəm. Hazırda biz öz fəaliyyət sahəmizi genişləndirmək və gözəllik və bədənə qulluq sənayesinə daxil olmaq istəyirik. Mən bu bazarla tanış olmaq və əməkdaşlıq təkliflərini axtarıb tapmaq məqsədilə “Beauty Azerbaijan” sərgisinə gəlmişəm.

Biz bu sahədə yenicə fəaliyyətə başladığımıza görə,  bu sərgidə bizim üçün maraqlı olan çox şey var. Bizim bir ideyamız var, biz Azərbaycan və Əlcəzair şirkətləri ilə səmərəli əlaqələr qurduq və sərgidən sonra onların üzərində işləyəcəyik. Burada bir çox şirkət vitaminlər və pəhriz təyinatlı qida əlavələrini təqdim edirdi - bu da, bizim üçün maraqlı olan daha bir sahədir.

Ümumiyyətlə, mən bu sərgidən çox razıyam. Azərbaycanın təbii sərvətləri əsasında nadir kosmetika məhsulları istehsal edən “Gazelli” şirkətinin stendi mənim diqqətimi cəlb etdi. Biz sərgidən sonra onlarla əlaqə saxlamaq istəyirik, bu əməkdaşlıq bizim maraqlarımıza uyğun gəlir.

Biz məxsusi olaraq Azərbaycanda keçirilən tibb sərgiləri haqqında məlumatları axtardıq və biz öyrəndik ki, “Beauty Azerbaijan” bu sahədə ən böyük və ən uğurlu sərgidir. Sərgi yaxşı təşkil olunub. Onun müsbət cəhətlərindən hər şeyin çox rahat olduğunu, məntiqlə təşkil edildiyini qeyd edə bilərəm. Düşünürəm ki, biz yaxın gələcəkdə bu sərginin müsbət nəticələrini görəcəyik.