Xəbərlər

Beauty Azerbaijan - Seminarlar və konfranslar marağa səbəb oldu

Seminarlar və konfranslar marağa səbəb oldu

05.11.2022

Xəbərlər

Aygün Məmmədli, “World” Karyera və Peşə Mərkəzinin icraçı direktoru

Mən 2013-cü ildən bəri təhsil sahəsində çalışıram. Mənim ixtisasım insanların təhsil sahəsinə marağını artırmaqdır - və mən həmişə vurğulayıram ki, təhsil cəmiyyətin həyatında mühüm rol oynayır. Sərgini ziyarət etməkdə məqsədim gözəllik, bədənə qulluq və tibb sahəsindəki yeniliklərlə tanış olmaq istəyim ilə bağlıdır. Burada beynəlxalq brendlərlə yanaşı, Gözəllik və bədənə qulluq sahəsində işləyən yerli brendləri də gördüm.

Mən bu sərgi haqqında məlumatı Bakı Ekspo Mərkəzinin vebsaytından alıram və bu, çox rahat bir üsuldur. Onu da qeyd etmək istəyirəm ki, sərgi yüksək səviyyədə təşkil olunub, burada tibbi avadanlıqlarla yanaşı, gözəllik və bədənə qulluq, dəriyə qulluq, saça qulluq və s. üçün müxtəlif məhsulların təqdimatına da diqqət yetirilir.

Mənim diqqətimi əsasən yerli seminar və konfranslar, təcrübəli peşəkar mütəxəssislərin müxtəlif mövzularda çıxışları, müasir innovasiyaların və video məlumatların təqdimatları və müzakirələr cəlb etdi.

Mən “Gazelli” markalı məhsulların istehlakçısıyam. Eyni zamanda, mən burada onların çeşidinə daxil olan yeni məhsullarla tanış oldum.