Otellər

RƏSMİ MEHMANXANA:


HILTON BAKU

Azadlig prospekti, 1B

Bakı,  AZ1000, Azərbaycan

T: (012) 464 50 00

Baku_events@hilton.com

www.hilton.com

 

Bakıda dəniz sahilində ailə rahatlığı

Biz hal hazırda Bakının Xəzər dənizinə açılan ən işgüzar rayonunun mərkəzindəyik. Bakı bulvarı bizim bir addımlığımızda yerləşir və burada restoran, muzey və gecə klublarının yanından ötüb – keçərək mənzərəli sahil boyu gəzintiyə çıxmaq mümkündür. Biz Park Bulvar ticarət mərkəzinin yanındayıq və Bakının qədim İçəri şəhəri buradan iki kilometrlik məsafədə yerləşir. Burada ideal ailə istirahəti imkanından zövq alın, xidmətlərimizin tam spektrinin təklif olunduğu spa- salonumuzda dincəlin və ya dönən barımızdan zövq alın. 

Restoran və içkilər

Müsafirlərə xidmət üçün eyvanın açıldığı və açıq mətbəxdə hazırlanmış yeməklərin təklif olunduğu 24-cü mərtəbədə yerləşən Sky Grill-də bizə qoşulun. 360 Bar- bizim dönən firma barımızdır, şəhərdə günəşin batmasını seyr etmək və kreativ kokteylləri dadmaq üçün əla məkandır.

Cilanto restoranında Yaxın şərq və Aralıq dənizinin mətbəxindən olan yeməklər, Sugar launcunda isə, Azərbaycan çayı və könüllü menyu təklif olunur.

Spa

Bizim spa mərkəzimizdə Bakı və Xəzər dənizinə mənzərənin açıldığı beş ayrı prosedur kabinələri var. Buranın xidmətlərinə xüsusi buxar hamamı, sauna və kuşetka daxildir. Bütün prosedurlarımız üzvi, təbii və elmi əsaslandırılmış prosedurlardır. Burada həmçinin, türk hamamı, hidromasaj vannası, 18 metr uzunluqda su hovuzu və fitnes mərkəzi yerləşir.

Görüş və tədbirlər

Bizim müxtəlif tədbirlərin keçirilməsi üçün bir sıra rahat yerlərimiz, eləcə də bal, toplantı və müasir konfrans zallarımız var. Ərazilərimizin hər biri kondisionerlə təchiz edilmişdir və banket xidmətlərini ehtiva edən tədbir dəstlərimizə malikik.

Tədbirlərin keçirilməsi üçün ümumi məkan

2030 kv. m.

Ən böyük otaq qurğusu

659 kv. m.

Konfrans zallar

24

Qonaq otaqları

309

TƏRƏFDAŞLAR